Cənubi Azərbaycan klubundan daha bir uğurlu nəticə

8 May 2023 02:40 Bizimkilər 801
Cənubi Azərbaycan klubundan daha bir uğurlu nəticə

İran çempionatında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan "Traktor"u səfərdə "Mes Kerman"ın qonağı olub.

Qarşılaşma Təbriz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Traktor"un heyətində Məhəmməd Ağacanpur və Qustavo (2) fərqlənib.

Xallarını 49-a yüksəldən "Traktor" mövsümün bitməsinə 2 tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM