Mahir tez əvəzləndi, “Konyaspor” evdə xal itirdi

8 May 2023 00:50 Bizimkilər 1 009
Mahir tez əvəzləndi, “Konyaspor” evdə xal itirdi

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kayserispor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

“Konyaspor” hazırda 46 xalla 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM