Emil bu qədər oynadı, cəzalandı, komandası qazandı - VİDEO

6 May 2023 03:00 Bizimkilər 1 175
Emil bu qədər oynadı, cəzalandı, komandası qazandı - VİDEO

Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" səfərdə "Lvov"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Emil Mustafayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi matçın 70-ci dəqiqəsində meydana daxil olub. U-21 millimizin sabiq üzvü 90+3-cü dəqiqədə sarı vərəqə görüb.

Xallarını 37-yə yüksəldən "Aleksandriya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM