Mahir Emreli geri qayıdır

6 May 2023 00:50 Bizimkilər 6 938
Mahir Emreli geri qayıdır

İcarə əsasında "Konyaspor"da çıxış edən Mahir Emreli mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Dinamo"ya qayıdacaq.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçunu sərəncamında görmək istəyir.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Baş məşqçi bu istəyini klub rəhbərliyinə bildirib.

Xorvatiyalı mütəxəssis yayda komandadan göndərilməli olan futbolçuları müəyyənləşdirib. Həmin siyahıda Mahirin adı yoxdur.

"Dinamo" Mahir Emrelini mövsümün sonuna kimi "Konyaspor"a icarəyə verib. Azərbaycan millisinin üzvünün zaqreblilərlə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM