Almaniyadakı soydaşımız 2 qol vurdu, əhvalı korlandı - VİDEO

2 May 2023 02:20 Bizimkilər 727
Almaniyadakı soydaşımız 2 qol vurdu, əhvalı korlandı - VİDEO

Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin sabiq üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Boxolt”la qarşılaşıb və 2:4 hesabı ilə uduzub.

Rüfət bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Dadaşov komandasının hər iki qolunun müəllifi olub. O, 22-ci və 52-ci (penaltidən) dəqiqələrdə fərqlənib.

“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.

"Şalke-2" - "Boxolt" 2:4
Qollar:
Vinkinq, 16 (0:1), Dadaşov, 22 (1:1), Platzek, 52-pen. (1:2), Daaşov, 52-pen. (2:2), Vild, 90+3-pen. (2:4)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti