Ağayev Yunanıstanda prinsipial oyuna bu cür damğa vurdu - VİDEO

1 May 2023 17:20 Bizimkilər 711
Ağayev Yunanıstanda prinsipial oyuna bu cür damğa vurdu - VİDEO

FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının 33-cü turunda PAOK - “Aris” oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, ötən gün keçirilən oyunda PAOK 3:2 hesablı qələbə qazanıb.

Ağayev bu görüşdə 7 futbolçuya sarı, 1-nə isə qırmızı vərəqə göstərib.

O, görüşün 90+3-cü dəqiqəsində "Aris"in oyunçusu Abubakar Kamaranı 2-ci sarı vərəqə ilə meydandan qovub. Ağayev 62-ci dəqiqədə "Aris"in qapısına penalti də təyin edib.

Əliyar Ağayev bu mövsüm Yunanıstan kubokunun "Olimpiakos" - "Aris" (2:1) görüşünün də baş hakimi olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?