Millimizə çağırılmayan legioner bir vuruşla 1 xal gətirdi - VİDEO

1 May 2023 02:00 Bizimkilər 808
Millimizə çağırılmayan legioner bir vuruşla 1 xal gətirdi - VİDEO

Almaniya 3-cü Bundesliqasında 34-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Viktoriya Köln"ü qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Dmitri Nazarov da bu oyunun iştirakçısı olub.

32 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə meydana daxil olub. O, 82-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub.

Xallarını 43-ə yüksəldən "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM