Yığmamızın hücumçusu belə bir məğlubiyyət gördü - VİDEO

1 May 2023 01:50 Bizimkilər 563
Yığmamızın hücumçusu belə bir məğlubiyyət gördü - VİDEO

İsveçrə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Luqano"nun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard 63-cü dəqiqədə meydana daxil olub.

31 turdan sonra 40 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM