Mahir "Trabzonspor" üzərində qələbəyə belə sevindi - VİDEO

30 Aprel 2023 21:00 Bizimkilər 1 372
Mahir "Trabzonspor" üzərində qələbəyə belə sevindi - VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında 32-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Trabzonspor"u qəbul edib.

Matçın "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunda iştirak edib. O, 46-cı dəqiqədə Konrad Miçalakın əvəzinə meydana çıxıb və sonadək oynayıb. Hücumçu 71-ci dəqiqədə sarı vərəqə alıb.

Bu qələbə sayəsində "Konyaspor" xallarının sayını 45-ə (31 oyun) çatdırıb və 6-cı pilləyə yüksəlib. Eyni xalı olan "Trabzonspor" isə (30 oyun) 7-cidir.

"Konyaspor" - "Trabzonspor" - 2:1

Qollar: Pozuelo, 37, Dikmen, 85 - Hamsik, 12

Qırmızı vərəqə: Bakasetas, 45+5 ("Trabzonspor")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?