"Sabah"a məxsus olan milli üzvü Gürcüstanda qələbə qolunu vurdu

29 Aprel 2023 02:40 Bizimkilər 1 259
"Sabah"a məxsus olan milli üzvü Gürcüstanda qələbə qolunu vurdu

Gürcüstan çempionatında 10-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, Abdulla Xaybulayevin formasını geyindiyi "Samtredia" "Telavi" ilə oynayıb.

Qarşılaşma Xaybullayevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdakı yeganə qolu "Sabah"a məxsus olan, U-21 yığmamızın sabiq üzvü vurub. Start heyətində meydana çıxan yarımmüdafiəçi 90+5-də fərlqənib.

"Samtredia" 10 turdan sonra 7 xalla 8-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM