Ağayev növbəti dəfə Super Liqanın oyununa təyinat aldı

28 Aprel 2023 00:50 Bizimkilər 718
Ağayev növbəti dəfə Super Liqanın oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı baş hakim PAOK və "Aris" arasında keçiriləcək XXXIII tur matçını idarə edəcək.

Ona laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Kamal Umudlu isə VAR-da iş başında olacaq.

Aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?