Ermənistanla sərhəddəki buraxılış məntəqəsindən Prezidentə məruzə olundu ki… VİDEO

26 Aprel 2023 15:50 Bizimkilər 759
Ermənistanla sərhəddəki buraxılış məntəqəsindən Prezidentə məruzə olundu ki… VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub.

Yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və nəzarət-buraxılış məntəqəsindən Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır.

Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM