Azərbaycanlı hücumçu məşhurların da olduğu "10-luq"da

26 Aprel 2023 09:20 Bizimkilər 948
Azərbaycanlı hücumçu məşhurların da olduğu "10-luq"da

Rusiyanın yüksək liqasında ən çox qol vuran legionerlərin yeni siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahı "Sport-ekpress" qəzetində dərc olunub.

Hazırda Moskva "Spartak"ında çıxış edən Kvensi Promes Vaqner Lav və Serdar Azmuna çata bilib. Vaqner Lav və Serdar Azmunda olduğu kimi, niderlandlı futbolçunun da vurduğu qolların sayı 85-ə çatıb.

Kvensi Promesin tezliklə bu rekordu yeniləyərək vahid olacağı ehtimalı yüksəkdir. Çünki hazırda Sərdar Azmun Almaniya, Vaqner Lav Braziliya liqasında çıxış edir.

İlk onluqda Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanov da yer alıb.

Süleymanov "Spartak" Vladiqafqaz/"Alaniya" və "Jemçujina" klublarında meydana çıxdığı 150 oyunda (1991-2000-ci illərdə) 50 qol vurub. Bu nəticə ilə o, hazırda 10-cu pilləni tutur.

Süleymanov artıq 23 ildir legioner-bombardirlərin siyahısında yerini saxlayıb. O, bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır.

Rusiya yüksək liqasında ən çox qol vuran legioner-bombardirlərin siyahısı:

1. Vaqner Lav (Braziliya) - 169 oyun, 85 qol
2. Kvinsi Promes (Niderland) - 169 oyun, 85 qol
3. Sərdar Azmun (İran) - 208 oyun, 85 qol
4. Kristian Noboa (Ekvador) - 350 oyun, 76 qol
5. Danni (Portuqaliya) - 270 oyun, 68 qol
6. Seydu Dumbya (Fildişi sahilləri) - 108 oyun, 66 qol
7. Velliton (Braziliya) - 104 oyun, 57 qol
8. Halk (Braziliya) - 97 oyun, 55 qol
9. Sergey Kornilenko (Belarus) - 177 oyun, 54 qol
10. Kevin Kuranyi (Almaniya) - 123 oyun, 50 qol
10. Nazim Süleymanov (Azərbaycan) - 150 oyun, 50 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?