Yığmamızın hücumçusu üçün 10 dəqiqəlik 4:1 keyfi

26 Aprel 2023 03:00 Bizimkilər 1 050
Yığmamızın hücumçusu üçün 10 dəqiqəlik 4:1 keyfi

İsveçrə Super Liqasında 30-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" lider "Yanq Boyz"u qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.

Renat Dadaşov matça ehtiyat oyunçular skamyasında başlayıb və 88-ci dəqiqədə meydana daxil olub.

Xallarını 40-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Yanq Boyz" 61 xalla 1-cidir.

"Qrasshopper" - "Yanq Boyz" - 4:1
Qollar:
Demhasay, 23 (1:0), Fassnaçt, 31 (1:1), Puşiç, 42 (2:1), Lustenberger, 49-avtoqol (3:1), Puşiç, 78-pen. (4:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!