Məşhur klubun ən intizamsız və ən sərrast futbolçusu – Millimizin üzvü

25 Aprel 2023 23:20 Bizimkilər 1 564
Məşhur klubun ən intizamsız və ən sərrast futbolçusu – Millimizin üzvü

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov çıxış etdiyi İsveçrə "Qrasshoppers"inin ən intizamsız futbolçusudur.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı forvard cari mövsümdə 9 dəfə sarı vərəqə görüb. O, bu göstəriciyə 27 oyunda çatıb.

İntizamsızlıq baxımından hərəyə 6 xəbərdarlıqla Bendequz Bolla və Amir Abraşi 2-3-cü yerləri bölüşdürürlər.

Azərbaycanlı hücumçu, həmçinin, "Qrasshoppers"in heyətində ən çox qol vuran 2 oyunçudan biridir.

Dadaşovun aktivində 8 top var. Yaponiyalı yarımmüdafiəçi Kavabe Hayao da eyni sayda qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM