Ə/sir hərbçilərimiz haqda həbs qərarı çıxardı - Ermənistan

25 Aprel 2023 07:40 Bizimkilər 622
Ə/sir hərbçilərimiz haqda həbs qərarı çıxardı - Ermənistan

“Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilər Hüseyn Axundov və Aqşin Bəbirov həbs olunublar”.

Bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseynin Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!