Avropada qol vuran azərbaycanlı hücumçu - VİDEO

24 Aprel 2023 00:40 Bizimkilər 1 956
Avropada qol vuran azərbaycanlı hücumçu - VİDEO

İsveçrə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər cerir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Vintertur"un qonağı olub.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard matçda start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. Renat komandasının ikinci qolunun müəllifi olub.

Xallarını 37-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM