Mahir oynadı, komandası "Paşa" üzərində qələbə qazandı

23 Aprel 2023 21:20 Bizimkilər 1 608
Mahir oynadı, komandası "Paşa" üzərində qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı hücumçu 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana daxil olub.

Xallarını 42-yə yüksəldən "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM