Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilib.
Azərbaycan millisinin şərəfini qoruyan Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” doğma azarkeşləri önündə “Adana Demirspor”la qarşılaşıb.
Kifayət qədər gərgin keçən oyunun 28-ci dəqiqəsində adanalılar hesabda önə keçib. İlk hissənin başa çatmasına 5 dəqiqə qalmış Mahir cərimə meydançasının kənarından vurduğu möhtəşəm qolla hesabda tarazlıq yaradıb.
56-c dəqiqədə hakimin meydan sahiblərinin qapısına təyin etdiyi şübhəli penaltini qola çevirən Şerif Ndiaye matçda yekun nəticəni müəyyənləşdirib – 2:1.
Emrelinin “Konyaspor”da qol hesabını açması azərbaycanlı futbolsevərlər kimi, konyalı top həvəskarlarının da sevincinə səbəb olub.
Fanatlar klubun sosial şəbəkə hesablarında həmyerlimiz üçün müxtəlif şərhlər yazıb:
“Matçın adamı Mahir 10 numara oynuyor”.
“Emrelinin golü superdi. Sen penaltini vermezsen, ben de böyle atarım dedi”.
“Golden önce Morenoya yapılan haraket net penalti. Ayrıca Mahirin golü super”.
“Bozkurt selamı verdi, Mahir, koçum benim”.
“Şu adama gereksiz eleştiri yapanlar nerde?”
“Adamsın, Mahir!”
“Ayağına sağlık, gardaş. Çok güzel gol oldu”.
“Konyaspor” 29 oyundan sonra topladığı 39 xalla 9-cu pillədə qərarlaşıb. “Ağ-yaşıllar” növbəti görüşünü aprelin 23-də səfərdə “Kasımpaşa”ya qarşı keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ

