Mahirdən paylaşım - FOTO

23 Aprel 2023 02:20 Bizimkilər 777
Mahirdən paylaşım - FOTO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında vurduğu ilk qolla bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, “Konyaspor”un forvardı 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra instaqram hesabında bunları yazıb:

“Çox söz deyərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.

Mahir 40-cı dəqiqədə gözəl qola imza atıb. Bu, onun Super Liqada və “Konyaspor”da ilk rəsmi qolu olub.

Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?