Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov Almaniyada komandasını dəyişə bilər.
Yarımmüdafiəçi klubu “Ertsgebirge”nin də çıxış etdiyi III Bundesliqa təmsilçilərinin maraq dairəsindədir.
Bu isə “Ertsgebirge” rəhbərliyini narahat edir. Aue klubu hazırda əla formada olan liderini itirməmək üçün onun mövsümün sonuna qədər olan müqavilə müddətini tezliklə uzatmaq niyyətindədir.
Ancaq 33 yaşlı hücumameyilli oyunçunun qalması məvacibinin artırılıb-artırılmamasından asılı olacaq.
2016-cı ildən “Ertsgebirge”nin formasını geyinən Nazarov aylıq gəlirinin 25 min avroya çatdırılmasını istəyir. Hazırda isə onun əməkhaqqısı bundan 15 min avronu keçmir.
Canni De Byazinin 3 ildir milliyə çağırmadığı Dmitri aldığı maaşa görə “Ertsgebirge”dəki bir neçə komanda yoldaşından geri qalır.
SPORTİNFO.AZ

