"Dinamo"da önəmli oyunçu sayılmayan Mahir Türkiyə klubunda..." - Xorvatiya KİV-i

21 Aprel 2023 14:20 Bizimkilər 1 739
"Dinamo"da önəmli oyunçu sayılmayan Mahir Türkiyə klubunda..." - Xorvatiya KİV-i

Türkiyə Superliqasının 30-cu turunun "Adana Dəmirspor"la qarşılaşan "Konyaspor" rəqibinə 1:2 uduzub.

Sportinfo.az xəbər verir ki, milli komandamızın forvardı Mahir Emreli ilk qolunu məhz bu matçda vurub.

Xorvatiyanın “net.hr” poralı azərbaycanlı futbolçunun həmin qolundan yazıb:

"Mahir Emreli icarə əsasında çıxış etdiyi "Konyaspor"da gözəl qol vurub. "Dinamo"da (Zaqreb) önəmli oyunçu sayılmayan azərbaycanlı hücumçu Türkiyə klubunun heyətində ilk qolunu vurub.

Matçın 40-cı dəqiqəsində Mahir rəqibə pressinq edərək, topu ondan oğurlamağı bacardı. Sonradan cərimə meydançasına doğru hərəkət edən Emreli öz üslubunda, sol ayağı ilə qapının uzaq küncünə zərbə endirdi.

Qapıçının topun uçuşunu seyr etməkdən başqa çarəsi yox idi. Emreli vurduğu qolla hesabı bərabərləşdirsə də, komandası 56-cı dəqiqədə yenidən qol buraxaraq uduzdu.

Mahir isə 60-cı dəqiqədə əvəzləndi və matçın sonuna kimi hesabda dəyişiklik olmadı".

25 yaşlı forvard iyunun 30-na qədər “Konyaspor”da icarə əsasında oynayacaq. O, 2026-cı ilə kimi isə “Dinamo”ya məxsusdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?