Böyük Britaniyanı təmsil edən azərbaycanlı bura pz imzasını atdı - VİDEO

21 Aprel 2023 08:30 Bizimkilər 649
Böyük Britaniyanı təmsil edən azərbaycanlı bura pz imzasını atdı - VİDEO

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cessika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında tarixi göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı idmançı dəstəli at üzərində hərəkətlərdə hakimlərdən 13.600 xal alıb.

Bu, Böyük Britaniyanın idman gimnastikası tarixində təsnifat mərhələlərində qazanılan ən yaxşı nəticədir. İstedadlı gimnast bu göstərici ilə adını finala yazdırıb.

Cesika Qədirovanın bacısı Cennifer Qədirova da idman gimnastikası ilə məşğul olur.

Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra idman gimnastikasında olimpiya medalı qazandırıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!