"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev yayda Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalardan birinə keçə bilər.
Sportinfo.az xəbər verir ki, Rusiya Premyer Liqasının autsayderləri arasında yer alan "Ximki" bu mövsümün sonunda elitanı tərk edəcək iki əsas namizəddən biridir.
Komandası birinci diviziona düşəcəyi təqdirdə, Quliyevin Azərbaycana gəlişi baş tutacaq. Onun Rusiyada qalmaq istəmədiyini iddia edilir.
Yarımmüdafiəçinin adı "Neftçi" ilə hallanır.

