Tanınmış idmançı "Sizin bir tərəfiniz azərbaycanlıdır" sualına cavab verdi

21 Aprel 2023 02:00 Bizimkilər 3 665
Tanınmış idmançı "Sizin bir tərəfiniz azərbaycanlıdır" sualına cavab verdi

Qazaxıstanın MMA döyüşçüsü Rafail Abbasov Azərbaycanla bağlılığı olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.

"Metis" ləqəbli döyüşçü instaqram istifadəçilərindən birinin "Sizin bir tərəfiniz azərbaycanlıdır?" sualına "Bəli" deyə cavab verib.

Rafail Abbasov son 4 görüşündə məğlub olmayıb və hazırda MANATCH liqasının çempionudur.

O, sonuncu döyüşünü bu ilin yanvarında "Hardcore Fighting Championship" promo-turnirində rusiyalı Sergey Kiselyevə qarşı keçirib və rəqibini 30 saniyəyə nokaut edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!