Mahir Emreli "instaqram"ı qarışdırdı: "Fikir verməyin"

20 Aprel 2023 13:40 Bizimkilər 772
Mahir Emreli "instaqram"ı qarışdırdı: "Fikir verməyin"

"Çox söz deyə bilərik, amma fikir verməyin".

Sportinfo.az xəbər verir ki, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə "Adana Demirspor"a 1:2 hesabı ilə uduzduqları XXX tur oyunundan sonra şəxsi instaqram hesabında yazıb.

26 yaşlı hücumçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiklərini bildirib.

Matça start heyətdə başlayan Mahir Emreli 40-cı dəqiqədə komandasının yeganə qolunu vurub.

48-ci dəqiqədə Adana təmsilçisində David Akintola qırmızı vərəqə alaraq meydandan qovulub. Azərbaycanlı forvard isə 60-cı dəqiqədə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM