Azərbaycanda ehtiyatda olan hərbçilər niyə təlimə çağırılır? - Rəsmi açıqlama

19 Aprel 2023 12:50 Bizimkilər 1 015
Azərbaycanda ehtiyatda olan hərbçilər niyə təlimə çağırılır? - Rəsmi açıqlama

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.


Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM