Azərbaycanlı futbolçu "Şaxtyor" və ya "Dinamo"ya keçəcək?

19 Aprel 2023 02:20 Bizimkilər 1 954
Azərbaycanlı futbolçu "Şaxtyor" və ya "Dinamo"ya keçəcək?

"Aleksandriya"nın məşqçisi Sergey Kravçenko sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Ukrayna Premyer Liqasının təmsilçisinin məşqçilərindən olan Kravçenko komandanın aparıcı üzvünə çevrilmiş Emil Mustafayev barədə danışıb.

"Qarabağ"ın veteran futbolçusunun fikrincə, azərbaycanlı futbolçu Ukraynanın nəhəng komandalarına transfer ola bilər:

"Emilin qışdan sonrakı performansını özünüz də görürsüz. Təbii ki, biz ondan razıyıq.

Məşqlərdə də yaxşı işləyir, oyunlar zamanı performansı da yaxşıdır. Bu cür davama edərsə, "Şaxtyor" və "Dinamo"ya keçmək şansı da olacaq.

Nəinki Ukrayna klublarına, hətta Avropanın iddialı klublarına transfer olması mümkündür. Sadəcə, stabil oynamaq lazımdır.

Emilin performansı get-gedə daha da yaxşı olar, daha yaxşı olacağına da inanıram".

Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan 22 yaşlı futbolçu bu mövsüm "Aleksandriya"nın heyətində 9 matça çıxıb iki qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!