Azərbaycanlı məşqçi iş yerini dəyişdi - Rusiya klubunda

18 Aprel 2023 17:20 Bizimkilər 915
Azərbaycanlı məşqçi iş yerini dəyişdi - Rusiya klubunda

Azərbaycanlı məşqçi Nazim Süleymanov "Ximki”də iş yerini dəyişib.

Sportinfo.az-ın Rusiya klubunun rəsmi saytına istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis yenidən U-19 komandasının sükanı arxasına keçib.

Əvvəllər bu komandaya rəhbərlik edən Süleymanov 2022-ci ilin sentyabrından əvəzedicilərdə çalışıb. Klub rəhbərliyi onu yenidən U-19-a qaytarmaq qərarına gəlib.

Əvəzedici komandaya isə Rinat Bilyaletdinov baş məşqçi təyin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!