Nazim Süleymanov ilk məğlubiyyətini "Arsenal"dan aldı

17 Aprel 2023 01:00 Bizimkilər 1 206
Nazim Süleymanov ilk məğlubiyyətini "Arsenal"dan aldı

Azərbaycanlı Nazim Süleymanovun baş məşqçisi olduğu “Ximki”nin gənclərdən ibarət komandası növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, onlar Rusiya ikinci liqasının ikinci mərhələsinin 3-cü turunda səfərdə “Arsenal-2” ilə qarşılaşıblar.

Görüş Tula təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Süleymanovun “Ximki”nin əvəzedici heyətinin baş məşqşiçi kimi ilk məğlubiyyəti olub.

Daha öncə həmyerlimizin rəhbərliyi altında “Ximki” gəncləri keçirdiyi hər iki oyunda heç-heçə edib

Qeyd edək ki, hazırda “Ximki” ikinci liqanın ikinci mərhələsinin 3-cü (B) qrupunda 3 oyundan 22 xalla 3-cü yeri tutur. Komandanın birinci mərhələdə qazandığı xallar da bura əlavə olunub

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!