Millimizin üzvü komandasının məğlubiyyətinə mane ola bilmədi

16 Aprel 2023 14:50 Bizimkilər 710
Millimizin üzvü komandasının məğlubiyyətinə mane ola bilmədi

Almaniya 3-cü Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Verl"i qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun məhsuldar ötürməsini edib.

32 turdan sonra 39 xal toplayan "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM