Azərbaycanlı hücumçu getdiyi yeni ölkədə debüt etdi

16 Aprel 2023 14:00 Bizimkilər 2 841
Azərbaycanlı hücumçu getdiyi yeni ölkədə debüt etdi

Futbol üzrə Litva I Liqasında VI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun bir neçə gün öncə müqavilə imzaladığı "Yanova" səfərdə "Qarliava"nın qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Nurlan Novruzov da bu görüşün iştirakçısı olub.

Yeni komandasında debüt edən 30 yaşlı hücumçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

6 turdan sonra aktivində 1 xal olan "Yanova" 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!