Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev dünən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlikdən sonra instaqram hesabında Azərbaycana dəstək paylaşımları edib.
Sportinfo.az xəbər verir ki, məşhur idmançı hekayə bölümündə Zəngəzurun xəritəsini paylaşıb və “Zəngəzur Azərbaycandır!” sözlərini yazıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Nəticədə 3 hərbi qulluqçumuz şəhid olub.


