«Traktor» azarkeşləri növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib.
Təbrizli fanatlar ölkəmizin lehinə maraqlı şüarlar səsləndirib.
Bunlardan ən çox yadda qalanı "Sepahan"la qarşılaşmanın 44-cü dəqiqəsində 44 günlük Vətən Müharibəsində şəhid olmuş qardaşlarımızı əsgəri salamla anmalarıdır.
"Var olsum qardaşlarımız" və "Var olsun inqilab beşiyi Təbrizim!!" şüarları ilə çıxış eləyən cənublu həmyerlilərimizin bu hərəkəti sosial şəbəkədə alqışlanıb, böyük maraq və diqqət görüb.
SPORTİNFO.AZ

