Məcburi köçkünlər ermənilərdən azad edilmiş bu şəhərə nə vaxt qayıdacaq?

15 Aprel 2023 16:10 Bizimkilər 893
Məcburi köçkünlər ermənilərdən azad edilmiş bu şəhərə nə vaxt qayıdacaq?

2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

"Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir", - deyə o qeyd edib.

Bundan başqa, sədr müavininin sözlərinə görə, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq:

"Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşayış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!