Azərbaycanlıların idarə etdiyi MÜHÜM OYUNDAN VİDEO

15 Aprel 2023 02:30 Bizimkilər 741
Azərbaycanlıların idarə etdiyi MÜHÜM OYUNDAN VİDEO

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, "Olimpiakos"la AEK arasındakı cavab görüşündə ədaləti qoruyub.

Ağayevə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.

Qarşılaşma "Olimpiakos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. AEK ilk görüşdə 3:0 hesablı qalibiyyət əldə etdiyi üçün finala yüksəlib.

Əliyar Ağayev bu matçda 11 futbolçuya sarı vərəqə göstərib. Qarşılaşmanın 70-ci dəqiqəsində AEK-in vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbi ilə ləğv edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!