Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanılıb - FOTO

14 Aprel 2023 03:50 Bizimkilər 860
Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanılıb - FOTO

“Aprelin 13-ü Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb”.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Erməni teleqram kanallarında yayılan məlumata görə, əsgər Qafan rayonu ərazisində saxlanılıb. Saxlanılan şəxs Axundov Hüseyn Əhliman oğludur.

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.

Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.

Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!