Azərbaycanlı hücumçu bu ölkədə özünə yeni klub tapdı

14 Aprel 2023 00:40 Bizimkilər 1 336
Azərbaycanlı hücumçu bu ölkədə özünə yeni klub tapdı

Nurlan Novruzovun yeni komandası məlum olub.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Litvada davam etdirəcək.

Forvard "Yonava"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Yanova" Litva çempionatında 5 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb.

Nurlan Novruzov karyerası rəzində "Bakı", "Zirə", "Sumqayıt", "Səbail", Nepalın "Maçindra", "Lalitpur", Estoniyanın "Narva-Trans", Moldovanın "Dinamo-Avto", Türkiyənin "Şanlıurfa", "Dersim" kimi klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti