“Ximki”də gözlər və ümidlər ona dikilib.
Nazim Süleymanovun əvəzedici komandaya baş məşqçi təyin olunmasından sonra heyətə cəlb olunan Sənan Yusibov klubda işləyənlərin rəğbətini qazanmaqdadır.
Cüssəli hücumçu 2003-cü ilin sentyabrında Moskvada dünyaya gəlsə də, atası əslən Şəmkirdəndir.
Sənan futbolun sirlərinə 6 yaşından yiyələnməyə başlayıb və həmyaşıdları arasında seçilənlərdən olub.
Fiziki göstəricilərinin yaxşı olmas, hər iki ayağından məharətlə istifadə etməsi və topa dəqiq zərbələr vurması uşaqlıqdan forvard keyfiyyətlərindən xəbər verib.
Ayrı-ayrı vaxtlarda Yusibovla Azərbaycandan maraqlanıblar. Təbii ki, aşağı yaş qruplarından ibarət komandalar üçün. Lakin konkret təklif göndərilməyib.
Futbolçunun “Ximki-2”dəki performansı göz oxşayır. Sənan Nazim Süleymanovun rəhbərliyi altında oynamağa başladığı gündən 6 oyunda 250 dəqiqə şans qazanıb.
O, bu müddətdə rəqib qapılarına 5 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.
Hazırda Azərbaycanın iki Premyer Liqa klubu yayda onu heyətinə qatmaq üçün səy göstərir.
Futbolçunun futbol oynamaqla yanaşı ali məktəbdə də təhsil alması karyerasını vətənində davam etdirməsinə mane olur.
Sənanın qısa müddətdə “Ximki”nin əsas komandasına cəlb olunub, Rusiya Premyer Liqasının həyəcanını hiss etmək ehtimalı da futbolçunu həvəsləndirir.
Hər halda, hadisələrin sonrakı axarını gözləyək. Amma Azərbaycan futboluna mütləq və mütləq taran tipli hücumçu lazımdır.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

