Ağayev yunanların gündəmində - 11 futbolçunu cəzalandırdı, qolu ləğv etdi

13 Aprel 2023 09:20 Bizimkilər 703
Ağayev yunanların gündəmində - 11 futbolçunu cəzalandırdı, qolu ləğv etdi

Azərbaycanın FIFA referisi Əliyar Ağayev "Olimpiakos" və AEK arasında Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Buna baxmayaraq, ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzan meydan sahibləri ölkə kubokunda mübarizəni dayandırıblar.

Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. 36 yaşlı ədalət təmsilçisi "Olimpiakos"dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb.

Həmçinin, qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.

Bundan başqa, azərbaycanlı baş hakim 27-ci dəqiqədə oyunu dayandıraraq, oruc tutan müsəlman futbolçuların iftarı açmalarına şərait yaradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!