Azərbaycanlı futbolçu karyerasını bərpa etdi, III Liqa klubu ilə anlaşdı - Niderlandda

12 Aprel 2023 14:20 Bizimkilər 1 209
Azərbaycanlı futbolçu karyerasını bərpa etdi, III Liqa klubu ilə anlaşdı - Niderlandda

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq üzvü Ziya Əzizov karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Niderland klubu ilə anlaşıb.

O, “Rosmalen”lə müqaviləyə qol çəkib. Əzizovun yeni komandası Niderland üçüncü liqasında mübarizə aparır.

Yerli futbol məktəbinin yetirməsi olan Əzizov karyerası ərzində “Den Boş”, “Nek Neymegen”, “Brabant Yunayted”, “Keşlə”(indiki “Şamaxı”) klublarında forma geyinib.

U-21 yığmamızın sabiq üzvü bir müddət idi ki, karyerasında pauza götürmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM