Müdafiə Nazirliyi döyüş yerindən daha bir məlumat yaydı

11 Aprel 2023 19:30 Bizimkilər 1 151
Müdafiə Nazirliyi döyüş yerindən daha bir məlumat yaydı

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır.

Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.

Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!