Azərbaycanlı iş adamı klubun fəaliyyətini dayandırmaq niyyətindədir

1 Aprel 2023 00:40 Bizimkilər 2 775
Azərbaycanlı iş adamı klubun fəaliyyətini dayandırmaq niyyətindədir

Rusiya Premyer Liqasında çıxış edən "Ximki" cari mövsümün sonunda fəaliyyətini dayandıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Sergey İlyev teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Ximki şəhərinin eyniadlı təmsilçisi elitadakı yerini itirərsə, rəhbərlik klubu maliyyələşdirməyəcək.

Azərbaycanlı iş adamı Tufan Sadıqovun da səhmdarı olduğu "qırmızı-qaralar"ın idarə heyətini tərk edə biləcəyi vurğulanıb.

"Ximki" 20 turdan sonra 13 xalla 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti