
“Lionel Messi tarixin ən böyük futbolçusudur”.
Sportinfo.ax əbər verir ki, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov “championat.com” saytına müsahibəsində deyib.
O, Argentina millisinin kapitanını Portuqaliya yığmasındakı həmkarı Kriştianu Ronaldu ilə müqayisə edib.
Qrossmeyster 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının bu baxımdan həlledici olduğunu düşünür:
“Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Mundialdan əvvəl Kriştianuya üstünlük verirdim.
Lakin finalda Fransaya qalib gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi”.