Türkiyədə yerli statusla çıxış edəcək azərbaycanlı futbolçular - GÖZÜNÜZ BU VİDEODA OLSUN!

30 Mart 2023 18:00 Bizimkilər 816
Türkiyədə yerli statusla çıxış edəcək azərbaycanlı futbolçular - GÖZÜNÜZ BU VİDEODA OLSUN!

Son günlər Azərbaycan pasportu olan futbolçuların Türkiyə liqalarında yerli statusda oynayacaqları ilə bağlı məsələ gündəmə çevrilib.

Xüsusilə “Qarabağ”la “Qalatasaray” arasında keçirilən xeyriyyə matçından sonra müzakirələr daha da artıb.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov çox önəmli bir eksklüziv xəbəri izləyicilərlə paylaşıb.

Deyib ki, gələn mövsümdən etibarən azərbaycanlı futbolçular qardaş ölkə çempionatında yerli statusda oynaya bilərlər:

“Türkiyə Futbol Federasiyasının rəhbərliyində çalışan çox önəmli bir futbol adamı ilə danışdım.

Adının çəkilməsini istəmədi və dedi ki, yeni mövsümdə sürprizlər olacaq. Azərbaycanlılar Türkiyədə, türklər isə Azərbaycan çempionatlarında yeri statusda oynayacaqlar”.

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti