"Konyaspor" rəhbərliyi Mahirdən çoxlu qol gözləyir

30 Mart 2023 14:00 Bizimkilər 1 126
"Konyaspor" rəhbərliyi Mahirdən çoxlu qol gözləyir

"Konyaspor"da çıxış edən Mahir Emreli zədəsini sağaldıb.

25 yaşlı hücumçu bərpa dönəmini artıq geridə qoyub.

Millimizin forvardının Super Liqanın 27-ci turunun "Ümraniyespor"la matçında meydana çıxması gözlənilir.

Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan icarə əsasında "Konyaspor"a keçib. O, "ağ-yaşıllar"ın heyətində Super Liqanın 2 oyununda forma geyinib.

Mahir Türkiyə Super Liqasının 26-cı turunun "Qalatasaray"la görüşündə zədələnmişdi. Buna görə millimizin Avro-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə matçlarında iştirak edə bilməyib.

Yığmanın düşərgəsini vaxtından əvvəl tərk eləyən forvard bu arada klub rəhbərliyindən dəstək alıb.

Konyalı funksionerlər onu böyük ümidlərlə "Dinamo"dan icarəyə götürdüklərini və qollar gözlədiklərini bildiriblər.

Mahir də öz növbəsində dyeib ki, "Konyaspor"a karyerasının dönüş nöqtəsi kimi baxır və uğurlu olmaq üçün əlindən gələni əsirgəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti