Mahirin son durumu

29 Mart 2023 23:00 Bizimkilər 299
Mahirin son durumu

"Konyaspor"da icarə əsasında çıxış edən millimizin üzvü Mahir Emrelinin müalicəsi davam edir.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçunun Türkiyə Superliqasının 28-ci turunda "Ümraniyespor"la matç üçün iştirak ərizəsində yer alacağı bildirilib.

Aprelin 2-i keçiriləcək "Ümraniyespor" - "Konyaspor" görüşü Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

M.Emreli Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"la oyunda (2:1) yüngül zədə alıb. Bu səbəbindən o, millimizin Avro-2024-də Avstriya və İsveçlə matçlar üçün heyətindən çıxarılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti