Azərbaycanda fəaliyyətini bərpa etdi, Türkiyənin məşhur klubu ilə anlaşdı

29 Mart 2023 20:40 Bizimkilər 1 167
Azərbaycanda fəaliyyətini bərpa etdi, Türkiyənin məşhur klubu ilə anlaşdı

Azərbaycan futboluna yeniliklər gətirməyi hədəf seçən “Şəfa Futbol Klubu” beynəlxalq əlaqələrini möhkəmləndirməkdə davam edir.

1998-ci ildə yaradılaraq 2005-ci ildə tarixin yaddaşına qovuşan klubu bu ilin yanvar ayında “dirildənlər” Türkiyə klubu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Rəsmilər qardaş ölkəyə yola düşərək Türkiyənin “futbolçu fabriki” adlanan “Altınordu” ilə anlaşıb.

Müqavilə şərtlərinə əsasən, ən qısa müddətdə Türkiyə ilə Azərbaycan arasında akademiyaların əlaqəsi, oyunçuların cəlbi və digər məsələlər üzrə fəaliyyət davam edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti