“Göygöl rayonundan Şərqi Zəngəzura yol açırıq” - İlham Əliyev

29 Mart 2023 18:30 Bizimkilər 296
“Göygöl rayonundan Şərqi Zəngəzura yol açırıq” - İlham Əliyev

“Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi.

Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür”.

Bunu dövlət başçısı İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunan Məsim Məmmədovu qəbul edərkən deyib.

“Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir”, – Prezident İlham Əliyev bildirib.

Digər Xəbərlər
Xəbər Lenti