Azərbaycanlı futbolçuların gözü burada olsun - 2000 dollar ödə, Portuqaliyaya get!

29 Mart 2023 16:40 Bizimkilər 585
Azərbaycanlı futbolçuların gözü burada olsun - 2000 dollar ödə, Portuqaliyaya  get!

Azərbaycanda fəaliyyətini bərpa etmiş klub yeniyetmə futbolçuları Avropa turnirində iştiraka dəvət edir.

Bu barədə “Şəfa Futbol Klubu”nun “instagram” hesabında xəbər yerləşdirilib.

Məlumatda deyilir:

“2010, 2011, 2012, 2013 təvəllüdlü futbolçuların nəzərinə! Sizləri Portuqaliyada keçiriləcək və 25 ölkənin komandalarının iştirak edəcəyi beynəlxalq turnirdə bizimlə birgə iştirak etməyə çağırırıq.

Hətta başqa akademiyanın və ya komandanın oyunçusu olmağınızdan asılı olmayaraq, bizim oyunçumuz kimi turnirdə iştirak edə bilərsiniz. Turnirdə Azərbaycandan sadəcə "Şəfa Futbol Klubu" iştirak edəcək.

Turnirdə iştirak etmək üçün 1 nəfərin ödənişi endirimli qiymət paketi ilə 1998 dollardır. (ödəniş günün məzənnəsinə uyğun manatla qəbul ediləcəkdir).

Bu qiymət 25 aprelədək qüvvədə olacaq. 25 aprel-25 may aralığında isə qeydiyyat üçün qiymət 1 nəfərə 2500 dollar olacaq. Qeydiyyat üçün tələsin, çünki yerlər məhduddur”.

1998-ci ildə yaradılan “Şəfa” 2005-ci ildə tarixin yaddaşına qovuşub. Bu ilin yanvarında klubun fəaliyyəti bərpa olunub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti